Keçid linkləri

2025, 20 İyun, Cümə, Bakı vaxtı 01:24

CPJ 'AbzasMedia' jurnalistlərinə azadlıq tələb edir


''Həyatından 10 ili sil' mesajı verilir' - Qatilə 9 il, jurnalistə 12 il cəza tələbi
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

''Həyatından 10 ili sil' mesajı verilir' - Qatilə 9 il, jurnalistə 12 il cəza tələbi

Jurnalistləri Müdafiə Komitəsi "AbzasMedia" jurnalistlərinin siyasi təqibinə son qoymağa çağırır. Qurumun Avropa və Orta Asiya bölməsi iyunun 20-də jurnalistlərə gözlənən hökm öncəsi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, prokuror AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə daxil olmaqla yeddi jurnalistlə üst-üstə 80 il həbs cəzası istəyib.

"Onların işi üzrə gözlənən hökm Azərbaycanın müstəqil medianı əzməsinə dair hökm olacaq", – bunu CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Said deyib.

"Oxşar ittihamlarla 20-dək jurnalistin həbsdə olduğu bir vaxtda beynəlxalq ictimaiyyət aydın şəkildə bildirməlidir ki, Azərbaycan media mənsublarını kütləvi şəkildə həbsə göndərərsə, onun üçün heç nə əvvəlkitək getməyəcək", – o bildirib.

Xatırlatma

"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Nəşrin direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) saxlanılıb, jurnalistlər Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova saxlanılıblar. 2024-cü ilin mayında isə iqtisadçı və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə həbs edilib. Jurnalistlərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib. Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub. Prokuror da jurnalistlərdən dördünə 11 il, F.Mehralızadə də daxil, üçünə isə 12 il həbs cəzası istəyib.

Son ilyarımda Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını deyir.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 375 nəfər siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

XS
SM
MD
LG